STADA Azerbaijan
Şirkət haqqında
Etibarlı tərəfdaş kimi insanların sağlamlığına qayğı göstərmək
STADA – 125 ildən çoxdur ki “Tərəfdaşlar və istehlakçılarla etibarlı münasibətlər qurmaqla insanların sağlamlığına qayğı göstərmək” missiyasına riayət edən beynəlxalq əczaçılıq şirkətidir. STADA şirkətinin əsas istiqamətləri – Consumer Healthcare (CHC) seqmentinin məhsulları, ceneriklər və xüsusi preparatlardır (biosimilyarlar da daxil olmaqla). STADA şirkətinin məhsulları dünyanın 120 ölkəsində təqdim olunur.
2022-ci ildə MDB ölkələri regionu müstəqil işgüzar bölməsinə çevrilərək adı Stada Avrasiya olaraq dəyişdirilmiş və birbaşa olaraq Almaniyadakı qərargaha tabe olmuşdur. Bu region 11 ölkə ilə təmsil olunur: Qazaxıstan, Özbəkistan, Belarus, Azərbaycan, Gürcüstan, Moldova, Qırğızıstan, Ermənistan, Monqolustan, Tacikistan, Türkmənistan.
Stada Avrasiyanın baş ofisi Qazaxıstanın Almatı şəhərində yerləşir. Şirkət həmçinin regionun əksər ölkələrində STADA Arzneimittel AG hüquqi şəxslərini qeydiyyatdan keçirmişdir. 01 aprel 2023-cü ildən etibarən STADA şirkəti regionda Sanofi şirkətinin reseptsiz satılan preparatlarının portfelini təqdim edir.
STADA Avrasiya
Rəhbərlik
Fərəh Sadıxova
Pasiyentlərin təhlükəsizliyi
FARMAKONƏZARƏT
İnsanların sağlamlığına və rifahına qayğı Şirkətimizin əsas prioritetidir. Sizin pasiyent, qulluq edən şəxs və ya səhiyyə işçisi olmağınızdan asılı olmayaraq, Stada şirkətinin məhsulları ilə əlaqəli mənfi hadisələri bildirməyiniz vacibdir. Təqdim etdiyiniz məlumatlar məhsullarımızın və pasiyentlərimizin təhlükəsizliyini təmin etməyə kömək edir.
Məsuliyyətli biznes
KOMPLAENS
Şirkətimiz etik işgüzar davranışa və komplaensə də riayət daxil olmaqla, hər istiqamətdə ən yaxşısını etməyə çalışır. Missiyamıza riayət etməklə istehlakçılar qarşısında məsuliyyətimizi dərk edirik və buna görə də dürüst və vicdanlı fəaliyyət məsələlərində güzəştə getmirik.
Biz qanunvericiliyin tələblərini və Davranış məcəlləsi ilə müəyyən edilmiş dəyərlərimizi ciddi şəkildə rəhbər tuturuq. Etik və məsuliyyətli işgüzar davranış — şirkətimizə olan inamın möhkəmləndirilməsi üçün əsas təşkil edən korporativ mədəniyyətin ayrılmaz hissəsidir.
Speak Up
Qanunsuz davranış barədə məlumat verin
Bu cür qanunsuz davranış hallarından xəbərdar olsanız, bizim eurasia_compliance@stada.kz ünvanımıza yazın və ya linkinə keçid edərək birbaşa olaraq Portaldakı müraciəti formasını doldurun.
STADA Şirkətlər Qrupu daxil olan məlumatların məxfiliyinə zəmanət verir.
Speak Up Portalını açınKomplaens qrupunun və Avrasiya Etikasının Speak up Portalı və ümumi poçt qutusu
Hesab edirik ki, hər bir şəxs, şirkətdə işləyib-işləməməsindən asılı olmayaraq, şirkət işçi heyətinin, tərəfdaşlarının, tədarükçülərinin və podratçılarının qeyri-etik və qeyri-qanuni davranışları barədə məlumat verə bilməlidir.
Bunun üçün STADA şirkətlər qrupunda məlumatlandırma sistemi tətbiq olunur — bu, Speak Up Portalı, eləcə də Komplaens Qrupunun və Avrasiya Etikasının ümumi poçt qutusudur (e-mail), bu alətlər istənilən şəxsə komplaensin norma və tələblərinə riayət edilməməsi halları və faktları barədə bildirişlər göndərməyə imkan yaradır, yəni, lakin bunlarla məhdudlaşmayaraq:
- 01fırıldaqçılıq,
- 02korrupsiya,
- 03rəqabətin (antiinhisar tələblərin) qorunması sahəsində pozuntular,
- 04maraqların toqquşması haqqında.
Xəstələrin və İstehlakçıların xeyrinə əməkdaşlığın yaxşılaşdırılması məqsədilə Sizi maraqlandıran istənilən sual və təkliflərinizi Komplaens və Etika Qrupunun eurasia_compliance@stada.kz poçt qutusuna göndərə bilərsiniz.
compliance@stada.deTel : +994123101527 (7001)
Chıraq Plaza Biznes Mərkəzi, 7-ci mərtəbə AZ1065, Azərbaycan, Bakı ş., Tbilisi prospekti 49C Azerbaijan@stada.az